Tez-tez verilən suallar

Trendyolda ödəniş zamanı "Onay kodu" tələb edilir, lakin mənə kod gəlmir. Nə edim?

Onay kodu tələb olunduğunda Trendyoldakı hesabınızda "Hesabım & Yardım"-da "Kayıtlı Kartlarım" bölməsinə daxil olub Kart məlumatlarınızı silməlisiniz. Məlumatları sildikdən sonra sifarişi yenidən həyata keçirsəniz Onay kodu tələb olunmayacaq.

Sifarişim hara çatdırılacaq?

Bizim iki fərqli çatdırılma üsulumuz var - "Ünvana çatdırılma" və "Gəl-al". Sifariş verərkən seçdiyiniz çatdırılma üsuluna uyğun olaraq məhsullarınızı ala bilərsiniz.
Ünvana çatdırılmasını istədiyiniz sifarişləri tamamlayarkən "Adrese teslim edilsin" seçimini etməlisiniz.

 Filialdan təhvil almaq istədiyiniz bağlamalar üçün isə, "Gel-al Noktasını Seç" səhifəsində özünüzə ən yaxın olan filialımızı seçməlisiniz. Bağlamalar çatdıqda, onları həmin filialdan asanlıqla və təhlükəsiz şəkildə təhvil ala biləcəksiniz.

"Türkiyə içi kargo" və "Amerika içi kargo" nədir?

Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo ödənişsiz ola bilər.

FİN kod nədir?

FİN – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kod vəsiqənin fotoşəkil olan üzündə yerləşir.
Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kod isə 7 simvoldan (“İ” və “O” hərfləri istisna olmaqla ingilis əlifbasının hərfləri və rəqəmlərdən) ibarətdir. 

Şəxsiyyət vəsiqəsinin növündən asılı olaraq FİN kod aşağıdakı hissələrdə yerləşir:

  • Yeni nəsil (biometrik) vəsiqələrdə: Vəsiqənin ön tərəfində, sağ aşağı küncdə, "Fərdi İdentifikasiya Nömrəsi" başlığının düz altında yerləşən 7 rəqəmli (hərf və rəqəm qarışıq) simvollar ardıcıllığıdır.
  • Köhnə nəsil vəsiqələrdə: Vəsiqənin ön tərəfində, sağ aşağı küncdəki simvollar sətrində yerləşir. Bu zaman sətrin ən sonuncu rəqəmini nəzərə almadan, sondan əvvəlki 7 simvol şəxsiyyət vəsiqəsinin FİN kodudur.

Qeyd: FİN kod dəyişməzdir və şəxsin dövlət reyestrindəki məlumatlarını eyniləşdirən əsas göstəricidir.

Gömrük bəyannaməsini necə doldura bilərəm?

Azərbaycana göndərilən bağlamaların təhvilinin tamamlanması üçün e.customs.gov.az saytında və ya Smart Customs tətbiqində bəyan etmək məcburidir.

Gömrük bəyanı necə doldurulur?

Bağlamalarınız xarici anbar daxıl olduqdan sonra ilk növbədə Demir Cargo saytında beyan etməlisiz bəyan etdikdən 15 dəq sonra bəyanaməni Smart Customs sistemində görünəcəkdir. Və Smar Custom tədbiqində bəyan etməlisiz.

Bir bağlamanı sadəcə bir dəfə bəyan edə bilərsiniz, təkrar etməyinizə ehtiyac yoxdur. Əgər FİN yanlışdır xətası alırsınızsa, Tənzimləmələrim bölməsindən FİN kodunuzu düzəldin və nömrənin həmin FİN koda aid olduğuna əmin olun.

Sürətli gömrük keçidi üçün bağlamalarınıza faktura yükləməyiniz xahiş olunur. Trendyoldan birbaşa Azərbaycana sifariş zamanı faktura yükləməyinizə ehtiyac yoxdur.

1.e.customs.gov.az saytından və yaxud Smart Customs tətbiqindən giriş edin.

2.Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət bölməsini seçin.

3.Uyğun bəyannaməni seçin, şəxsi məlumatlarınızı düzgün doldurduğunuzdan əmin olun.

4.Bağlama ilə bağlı məlumatlar doldurulmuş halda gəldikdən sonra məlumatları yoxlayın.

5. Bağlamaya daxil olan məhsul və ya məhsulları əlavə edin.

6.Bəyannaməni təsdiq edin. Əlavə ödəniş etmək lazım gələrsə, ödənişi onlayn şəkildə heyata keçirə bilərsiniz.

Azərbaycan Gömrük qanununa istinadən xaricdən edilən 300$-a qədər aliş-verişlərə gömrük rüsumu tətbiq edilmir. Bu limiti keçdiyiniz zaman sifarişiniz üçün gömrük rüsumu ödəməyiniz lazımdır.*
 

Gömrük limiti nəqədərdi və necə hesablanır

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü  bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. 300$ limit hər ayın 1-I yenilənir və bu limitə bağlamanın daşınma haqqı da daxildir. Bağlamalar sifariş edildiyi tarixdə yox, xarici anbardan göndəriləndə limitdən istifadə edilir.

Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 300$-dan artıq olan məbləğin 36%-dək gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.

İş qrafikiniz necədir?

Həftə içi (B.e. - Ş.) hər gün saat 10:00-dan 20:00-dək xidmətinizdəyik!

Bizinlə necə əlaqə saxlamaq olar

Çağrı Mərkəzimiz ilə *5432, bizə e-mail yazaraq ([email protected]) və Instagram, Facebook, WhatsApp sosial media vasitəsilə  bizimlə əlaqə saxlaya bilərsiniz.

Müraciətlərin baxılma müddəti

Müştəri müraciətləri 30 gün ərzində araşdırılaraq cavablandırılır. Sizin rahatlığınız üçün bütün müraciətlər diqqətlə dəyərləndirilir və ən qısa zamanda cavablandırılmasına çalışılır.