Tez-tez verilən suallar

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm ?

Əgər sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə  Türkiyədən və Amerikadan "Sifariş et" xidmətimizi təklif edirik. Seçdiyiniz məhsulların linkini "Sifariş et" bölməsinə daxil olaraq yerləşdirməyiniz mümkündür

Trendyolda ödəniş zamanı "Onay kodu" tələb edilir, lakin mənə kod gəlmir. Nə edim?

Onay kodu tələb olunduğunda Trendyoldakı hesabınızda "Hesabım & Yardım"-da "Kayıtlı Kartlarım" bölməsinə daxil olub Kart məlumatlarınızı silməlisiniz. Məlumatları sildikdən sonra sifarişi yenidən həyata keçirsəniz Onay kodu tələb olunmayacaq.

Sifarişim nə vaxt çatdırılacaq?

Azərbaycana göndərilən məhsulların təxmini çatdırılma müddəti 6 iş günüdür.
Bu müddət, e.customs.gov.az ünvanından edəcəyin gömrük bəyannaməsinin müddətindən asılı olaraq dəyişə bilər.
Sifarişlərim səhifəsində "Kargom Nerede?" düyməsi ilə sifarişinizi izləyə bilərsiniz.

Sifarişim hara çatdırılacaq?

Bizim iki fərqli çatdırılma üsulumuz var - "Ünvana çatdırılma" və "Gəl-al". Sifariş verərkən seçdiyiniz çatdırılma üsuluna uyğun olaraq məhsullarınızı ala bilərsiniz.
Ünvana çatdırılmasını istədiyiniz sifarişləri tamamlayarkən "Adrese teslim edilsin" seçimini etməlisiniz.

 Filialdan təhvil almaq istədiyiniz bağlamalar üçün isə, "Gel-al Noktasını Seç" səhifəsində özünüzə ən yaxın olan filialımızı seçməlisiniz. Bağlamalar çatdıqda, onları həmin filialdan asanlıqla və təhlükəsiz şəkildə təhvil ala biləcəksiniz.

"Sifariş et" xidməti nədir və necə istifadə edə bilərəm

"Siafriş et" xidməti vasitəsilə siz sifariş edəcəyiniz məhsulu seçirsiniz, biz sizin üçün sifariş edirik.
1. Almaq istədiyiniz məhsulun linkini "Sifariş et" bölməsində yerləşdirirsiniz. 
2. "Sifariş et" bölməsində sifariş etmək istədiyiniz məhsulun linkini, rəngini, ölçüsünü, karqo qiymətini və sayını qeyd etdikdən sonra  "Sifariş et" düyməsini sıxaraq sifarişlərinizi ödəyirsiniz.

Qeyd edək ki, "Sifariş et" xidmətimizlə Türkiyədən sifariş zamanı 5% komissiya mövcuddur. 

"Türkiyə içi kargo" və "Amerika içi kargo" nədir?

Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo ödənişsiz ola bilər.

Gömrük bəyannaməsini necə doldura bilərəm?

Azərbaycana göndərilən bağlamaların təhvilinin tamamlanması üçün e.customs.gov.az saytında və ya Smart Customs tətbiqində bəyan etmək məcburidir.

Gömrük bəyanı necə doldurulur?

Bağlamalarınız xarici anbar daxıl olduqdan sonra ilk növbədə Demir Cargo saytında beyan etməlisiz bəyan etdikdən 15 dəq sonra bəyanaməni Smart Customs sistemində görünəcəkdir. Və Smar Custom tədbiqində bəyan etməlisiz.

Bir bağlamanı sadəcə bir dəfə bəyan edə bilərsiniz, təkrar etməyinizə ehtiyac yoxdur. Əgər FİN yanlışdır xətası alırsınızsa, Tənzimləmələrim bölməsindən FİN kodunuzu düzəldin və nömrənin həmin FİN koda aid olduğuna əmin olun.

Sürətli gömrük keçidi üçün bağlamalarınıza faktura yükləməyiniz xahiş olunur. Trendyoldan birbaşa Azərbaycana sifariş zamanı faktura yükləməyinizə ehtiyac yoxdur.

1.e.customs.gov.az saytından və yaxud Smart Customs tətbiqindən giriş edin.

2.Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət bölməsini seçin.

3.Uyğun bəyannaməni seçin, şəxsi məlumatlarınızı düzgün doldurduğunuzdan əmin olun.

4.Bağlama ilə bağlı məlumatlar doldurulmuş halda gəldikdən sonra məlumatları yoxlayın.

5. Bağlamaya daxil olan məhsul və ya məhsulları əlavə edin.

6.Bəyannaməni təsdiq edin. Əlavə ödəniş etmək lazım gələrsə, ödənişi onlayn şəkildə heyata keçirə bilərsiniz.

Azərbaycan Gömrük qanununa istinadən xaricdən edilən 300$-a qədər aliş-verişlərə gömrük rüsumu tətbiq edilmir. Bu limiti keçdiyiniz zaman sifarişiniz üçün gömrük rüsumu ödəməyiniz lazımdır.*
 

Gömrük limiti nəqədərdi və necə hesablanır

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü  bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. 300$ limit hər ayın 1-I yenilənir və bu limitə bağlamanın daşınma haqqı da daxildir. Bağlamalar sifariş edildiyi tarixdə yox, xarici anbardan göndəriləndə limitdən istifadə edilir.

Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 300$-dan artıq olan məbləğin 36%-dək gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.

Çatdırılma ünvanını əlavə edərkən nələrə diqqət etməliyəm?

Sifarişiniz üçün ünvan detalları əlavə edərkən diqqət etməli olduğunuz məqamlar;

1-Ünvan başlığı bölməsini "Ev ünvanım", "İs ünvanım" kimi adlandıra bilərsiniz. Əlavə etdiyiniz fərqli ünvanları ayıra bilmək üçün bu funksiya sizə kömək edəcək.

2-FİN kod bölməsinə FİN kodunuzu dəqiq və doğru şəkildə əlavə etdiyinizdən əmin olun. Smart Customs vasitəsi ilə gömrük bəyannaməsini doldurduğunuz zaman bu addım olduqca önəmlidir.

3-Ünvan məlumatlarını daxil edərkən yalnız türk və ingilis hərflərindən istifadə edə bilərsiniz.

Trendyol Azərbaycan vasitəsi ilə birbaşa sifariş zamanı proses necə olur?

Demir Cargo və Trendyol əməkdaşlığı çərçivəsində Trendyol.com-da təhvil məntəqəsi kimi Demir Cargo məntəqələrini seçə bilərsiniz.
Trendyol.com-dan sifariş etdiyiniz bağlamanız Türkiyə daxili karqoya verildikdə siz bu barədə Trendyol.com-da qeydiyyat zamanı daxil etdiyiniz e-mail-a bildiriş alacaqsınız. Bağlamalarınız 2-5 iş günü ərzində Demir Cargo xarici anbarında qəbul olunub, bəyan edilməsi üçün Smart Customs sisteminə göndəriləcəkdir. Bəyanla bağlı SMS gəldikdən sonra, bağlamanızı bəyan edərək, bir neçə gün ərzində seçdiyiniz təhvil məntəqəsindən təhvil ala bilərsiniz. Bağlamanızın hərəkətləri ilə bağlı bildirişlər sizə mütəmadi olaraq göndəriləcəkdir. Sürətli gömrük yoxlanışı üçün bəyannamənizdə məhsul dəyərini düzgün yazmağınız xahiş olunur.

Filiallarınız harada yerləşir?

Filiallarımız:

  • 28 May
  • Neftçilər
  • Elmlər akademiyası
  • 20 Yanvar
  • Xırdalan
  • Sumqayıt
  • Gəncə
  • Lənkəran - da yerləşir

Filiallar ilə bağlı daha ətraflı məlumat üçün saytımızdakı "Filiallar" bölməsinə keçid ala bilərsiniz.

İş qrafikiniz necədir?

Həftə içi (B.e. - Ş.) hər gün saat 10:00-dan 20:00-dək xidmətinizdəyik!

Bizinlə necə əlaqə saxlamaq olar

Çağrı Mərkəzimiz ilə *5432, bizə e-mail yazaraq ([email protected]) və Instagram, Facebook, WhatsApp sosial media vasitəsilə  bizimlə əlaqə saxlaya bilərsiniz.