Daşınma Şərtləri

Daşınma Şərtləri

1.Daşınma şərtlərinin predmeti 

1.1. “Demir Cargo” (bundan sonra – “İcraçı”) İcraçının Türkiyədə yerləşən müxtəlif anbarlarından hazırkı Daşınma Şərtlərinin (bundan sonra – “Şərtlər”) şərtlərinə uyğun olaraq yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.

1.2. Əgər Müştəri Şərtlərin heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmayacaqdır.

1.3. İcraçı hazırkı Şərtlərdə dəyişikliklər etmək hüququnu özündə saxlamaqla, Müştəri də öz növbəsində mütəmadi olaraq Şərtlərin www.demircargo.com saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini daşıyır.

 

Ümumi şərtlər.


2.1 Sifariş edilmiş bağlama öncədən ünvana çatdırılma seçimi edildiyi təqdirdə qeyd olunan ünvana çatdırılır  , əks halda isə daşıyıcının anbarlarına daxil olduqda bu barədə müştəriyə, sms xəbərdarlığı vasitəsilə məlumat veriləcəkdir.

2.2 Bağlamaların yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-90 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaqdır. 90 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız imtina edilmiş kimi hesab edilir, aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.

2.3 Qəbul olunan bağlama ofisimizdə, kuryer çatdırılması edilibsə isə müvafiq qaydada kuryerin yanında yoxlanılmalıdır. Məhsulda hər hansı bir xəsarət olduğu təqdirdə yerindəcə əməkdaşlarımıza və ya kuryerə məlumat verilməlidir. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə daşıyıcı məsuliyyət daşımayacaqdır.


2.4 Qırıla bilən məhsullar həm mağaza tərəfindən daşınma standartlarına uyğun paketlənərsə, eyni zamanda bağlamanın üzərində “qırıla bilən məhsul” olması ilə bağlı etiket varsa, lakin bununla yanaşıbağlamalarda hər hansı zədələnmə halı olarsa müştərinin ödədiyi məbləğ Demir Cargo tərəfindən kompensasiya edilir. Müştərilərin qırıla bilən məhsullara dair  iddia irəli sürmək hüququ o zaman yaranır ki, həm mağaza tərəfindən daşınma standartlarına uyğun paketlənməli, həm də bağlama üzərində "qırıla bilən məhsul" etiketi olsun..Eyni zamanda,müştərinin belə məhsulları ofisimizdə təhvil alarkən yerindəcə yoxlayıb, hər hansı bir zədələnmə ilə bağlı əməkdaşlarımıza məlumat verməsi tələb olunur.  

2.5 Çatdırılan sifarişləri müştəri filialda və ya kuryer vasitəsi ilə təhvil alarkən yoxlamalı və əskik məhsul və ya onun tərkib hissəsi olarsa yerindəcə əməkdaşa məlumat verməlidir. Əks halda adıçəkilən hallar üçün Demir Cargo məsuliyyət daşımır.

2.6 Maye və tərkibində batareya, maqnit olan məhsulların daşınması həftədə 1 dəfə olmaqla həyata keçirilir.  

3. Sifarişin rəsmiləşdirilməsi

3.1. Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.

3.2. Müştəri göstərilən malların qiymətini, Türkiyə daxili kargo qiymətini(əgər varsa) və çatdırılma haqqını malın satıcısına (online satici sayt üzfrəindən) ödəmək öhdəliyini götürür.

3.3. Müştəri internet üzərindən alış zamanı personal məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Demir Cargo heç bir məsuliyyət daşımayacaqdır.

3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.

3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək (anbarda saxlanılması qadağan olan məhsullar istisna), bağlamanı çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Mal yalnız alanın imzasının mövcud olduğu halda qəbul edilmiş hesab olunur. Bağlamanın “Anbara çatdırılıb” statusu təhvil alanın imzası mövcud olmadan qəbul edilmiş hesab oluna  bilməz.

3.6. İcraçı malı aldıqdan sonra 1 iş günü (24 saat) ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.demircargo.com saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir.

3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.

3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.

3.9. Malın nəql edilməsi avia-daşıma yolu ilə həyata keçirilir. 

3.10. Nəqletmənin qiymətini müştəri yalnız sifariş etdiyi mağazaya (onlayn satış səhifəsi) ödəyir.

3.11. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o, aşağıda sadalanan eyniləşdirmə sənədlərdən birini təqdim edə bilsin: www.demircargo.com saytında müvafiq bölmədən etibar etdiyi şəxslərin məlumatlarını əvvəlcədən elavə etmiş olsun, qeydiyyatdan keçmiş bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport, sürücülük vəsiqəsi və ya qüvvədə olan Azərbaycan qanunvericiliyinə müvafiq olaraq digər sənədin) əslini, Müştəridən alınan – üçüncü şəxsin adına notarial qaydada verilmiş etibarnamə (üçüncü şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə).

4. Müştərinin vəzifələri

4.1. Müştəri müstəqil şəkildə hazırkı Şərtlərin mətni ilə tanış olmaq, razılaşmaq və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyidaşıyır.

4.2. Müştəri İcraçını xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini daşıyır. Zəruri olan məlumatların çatışmadığı halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.

4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının Türkiyədə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.demircargo.com şəxsi hesabında izləmək öhdəliyini götürür.

4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.

4.6. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internet mağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək öhdəliyini daşıyır.

4.7. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.demircargo.com saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini daşıyır.

4.8. Müştəri tərəfindən gətirilən hər hansı bir məhsulun giriş və ya çıxış ölkəsində gömrük orqanları tərəfindən qadağan edilmişolması məhsul kimi saxlanması məsuliyyəti yalnız həmin şəxsə aiddir. Bu halda Daşıyıcı şirkət tərəfindən hər hansı kompensasiyanın ödənilməsi tələb edilə  bilməz.(saxta markalar, markaların təqlidi və hər hansı daşınması yasağlanmış məhsullar.)

5. İcraçının vəzifələri

5.1. İcraçı Müştəriyə www.demircargo.com saytında Xidmətlərin təsvirinə, eləcə də hazırkı Şərtlərin 1.1 maddəsində göstərilən tərifinə müvafiq olan Xidmətləri təqdim etmək öhdəliyini götürür, o şərtlə ki, Müştərinin sorğusu hazırkı müqavilə və qüvvədə olan Demir Cargo’ya məxsus anbarların yerləşdiyi müvafiq ölkələrin və Azərbaycan qanunvericiliklərinin nəzərdə tutduqları qaydalara, tələblərə və məhdudiyyətlərlə ziddiyyət təşkil etməmiş olsun.

5.2. Müştəri haqqında məlumatların məxfiliyini qorumaq. Müştəri haqqında məlumatlar üçüncü şəxslərə yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hallarda təqdim edilə bilər.

5.3. Müştəriyə onun sifarişinin statusu və yerləşdiyi yer haqqında məlumat əldə etmək imkanı vermək.

6. Gömrük rəsmiləşdirməsi

6.1. Müştəri tərəfindən sifariş edilən məhsulun www.demircargo.com veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır

6.2. Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi proseduruna görə məsuliyyəti müştəri daşıyır.

6.3. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Şərtlərin 6.1 maddəsində nəzərdə tutulmuş tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.

6.4. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər. Qeyd edilən bu hallara görə İcraçı məsuliyyət daşımır.

7. Daşıma haqqı və daşınma şərtləri

7.1 İcraçı Müştərinin yüklərinin İcraçının Türkiyədəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regional filiallara) çatdırılmasını həyata keçirir, lakin daşınma haqqını Müştəri birbaşa olaraq Satıcı mağazaya ödəyir.

7.2. Müştəri, İcraçının internet səhifəsində (www.demircargo.com internet səhifəsində “Daşınılması qadağandır”) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır .

7.3. Müştərinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı -ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

7.4. Hazırkı şərtlərin 7.3-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən Müştərinin, sonradan yükün ona çatdırılması ilə əlaqədar İcraçının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə Müştərinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Qeyd edək ki, Xarici anbara eləcə də Azərbaycan daxilində filiallara daxil olan bağlamaların geri qaytarılması mümkün deyil.

7.5. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.

7.6. Müştəri anlayır və qəbul edir ki, daşıma üçün İcraçının müvafiq ölkədə yerləşdiyi anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşıma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə Müştərinin nəzərinə yükün daşıma üçün göndərilməsinə dair qısa məlumat verilir: Yüklər həftə ərzində İcraçının Türkiyədə yerləşən anbarına daxil olur və orda daşıma üçün emal olunur (yenidən qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş günlər daşımaya göndərilir. 

8. Yükün saxlanması, təhvil verilməsi və kuryer sifarişi ilə bağlı şərtlər

8.1. İcraçının Bakı və ya regionda(olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 15 (on beş) gün ərzində Müştəri tərəfindən təhvil alındığı  təqdirdə həmin yüklərə  anbar saxlama haqqı tətbiq  etmir.

8.2. Hazırkı şərtlərin 8.1-ci maddəsində nəzərdə tutulmuş müddət Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 AZN saxlama haqqı tutulur.

8.3. Müştərinin onun adına Bakı ofisinə daxil olmuş bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 90 gün müəyyən edilir. 90 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.

8.4. Müştərinin onun adına xarici anbara daxil olmuş bağlamanın bəyannaməsinin doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 3 (üç) ay müəyyən edilir. 3 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.

8.5. Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.

8.6. Hazırkı şərtlərin 8.3-cümaddəsində nəzərdə tutulmuş müddət ötdükdə və Müştəri tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet email vasitəsilə) göstəriş verilmədiyi və yaxud Müştəri tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet emailvasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar İcraçının mülahizəsi əsasında həll ediləcəkdir.

8.7. Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.

8.8. Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilməyəcəkdir.

8.9. Müştəri anlayır və qəbul edirki İcraçı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına Müştərinin daxil olan yükün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misalcun iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirə bilər.

8.10. Kuryer sifarişini sadəcə Trendyolda sifarişi tamamladığınız zaman etmək olar və sifariş həyata keçirildikdən sonra onu "redaktə" etmək mümkün deyil.

8.11. Kuryer sifarişindən icraçının imtinası o halda baş verir ki, ünvan, mobil nömrə yalnış olduqda (qeyd edilmədikdə) və ya müştəri qeyd etdiyi ünvanda olmadığı halda.

8.12. Kuryer sifarişi 8.11.-ci maddədə qeyd olunan səbəblərdən dolayı imtina edildikdə bağlamalar anbara qaytarılır və "Bakı ofisi" statusu alır. Qeyd edək ki, təkrar kuryer sifarişini həyata keçirmək mümkün olmur.

QEYD: Bağlamalar kuryer ünvana yaxınlaşan zaman yoxlanılmalıdır. Hər hansı bağlama ilə bağlı problem yaşanarsa müştəri yerindəcə və ya təhvil aldıqdan 24 saat ərzində məlumat verməlidir. Əks halda sorğular əsassız sayılır və heç bir tədbir həyata keçirilmir.

9. Gömrük

9.1. Məlumat üçün nəzərinizə çatdırırıq ki, sifarişlərin dəyəri 1 (bir) təqvim ayı ərzində 300 ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı bir rüsuma cəlb olunmur. Bununla belə, gömrük orqanları tərəfindən kommersiya məqsədi daşıdığı barədə məlumat verildiyi halda və ya 300 ABŞ dollarından artıq olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq gömrük nomenkulaturasında nəzərdə tutulan həcmdə rüsuma cəlb olunacaq. Qeyd edək ki, rüsumun maksimum həddi 36% təşkil edir. Sizin cari ay üzrə limitiniz hesablanarkən həm sifarişlərinizin məbləği, həm də çatdırılma məbləği nəzərə alınır.

Bağlamanız aşağıdakı səbəblərdən gömrükdə saxlanıla bilər:

a. Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçdikdə,
b. Sifariş verdiyiniz məhsulun Gömrük orqanı tərəfindən  kommersiya məqsədli oldugunu təyin edildikdə,
c. Ölkəyə idxalı qadağan olan məhsullar olduqda sifarişiniz gömrükdə saxlanıla bilər.
Bu zaman ödəyəcəyiniz rüsumlar: 5 AZN sadələşdirilmiş bəyannamə ödənişi, 15 AZN anbara giriş haqqı, 48 saatdan çox bağlamanın anbarda qaldığı hər gün üçün 1 Avro.

9.2 Müştəri limiti keçmədiyi təqdirdə istənilən sayda bağlama gətirə bilər. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyi zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir.
9.3 Gömrük orqanları tərəfindən saxlanılan bağlamanı yalnız bağlamanın sahibi təhvil ala bilər. Müştəri bağlamanı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlama(lar) üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu  əldə edir. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlama(lar) haqqında ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilər.

9.4 Aylıq limit sifariş tarixinə əsasən deyil, bağlamanın Gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən hesablanır.

9.5 Yaşı 18 yaşdan aşağı olan vətəndaşların demircargo.com saytında və e.customs.gov.az portalında qeydiyyatdan keçməsi mümkün deyildir.  

Daşınması qadağan olunan məhsullar:

- Azərbaycan Respublikasına  fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
- Çindən maye, toz, batareya, pasta, yapışqan, qida, kosmetika, vitamin və dərman halında olan məhsulların çatdırılması mümkün deyil.

- ABŞ və Çindən məhsulun tərkibində spirt, tezalışan maddə olmadığı təqdirdə gətirilməsi mümkündür.  Türkiyədən isə maye məhsullarının gətirilməsi mümkündür.

- Planşet - Powerbank-lar (Çindən olmaz, ABŞ və Türkiyədən sifariş edilməsi mümkündür)

- Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları

- Amerikadan partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv   maddələr 

- Gizli kamera

- Akkumlyatorlar 

- Hover Board skuteri (Çindən olmaz, ABŞ və Türkiyədən sifariş edilməsi mümkündür)

- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar

- Radioaktiv maddələr

- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar

- Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.

- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar 

- Canlı heyvanlar

- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat

- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri 

- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr 

- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar

- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar

*Qeyd edək ki, Demir Cargo olaraq yuxarıda adı çəkilən məhsulların  heç birinin daşınmasını həyata keçirmirik. Lakin, bu siyahıda olmayan hər hansı məhsul sifarişiniz zamanı gömrük tərəfindən saxlanılması halları baş verərsə bu zaman Demir Cargo olaraq məsuliyyət daşımırıq.

10. Fors Major

10.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “fors major” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.

10.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.

10.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.

10.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks iləməlumatlandırmalıdır.

 10.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.

11. Digər hallar

11.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və onun tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlar çərçivəsində tənzimlənir.

11.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunacaqdır.

11.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.