Xəbərlər

Demircargo ilə bağlı və kampaniyalarla bağlı bütün xəbərlər burada

09.08.2023

Artıq Trendyol'dan Azərbaycana birbaşa sifariş edə bilərsiniz!

Trendyol ilə Əməkdaşlığa başladıq!

Artıq bizim vasitəmizlə birbaşa Trendyol-dan Azərbaycana sifariş edə bilərsiniz!

Bunun üçün Trendyolda hesabınıza daxil olursunuz, və ya qeydiyyatdan keçirsiniz. 
İstədiyiniz məhsulun yanında "Azərbaycana çatdırılması mümkündür" yazısının olub olmamasını yoxlayırsınız. 
Azərbaycana çatdırılması mümkün olduğu təqdirdə məhsulu səbətə əlavə edirsiniz. 

Daha sonra Çatdırılma Ünvanını seçirsiniz (Adrese teslim/Gel Al Noktası). 
Bağlamaların ünvanınıza çatdırılmasını istəyirsinizsə, "Adrese teslim" seçirsiniz və ekrana çıxan xanalarda tələb olunan məlumatları doldurursunuz.
Bağlamaları filialdan təhvil almaq istəyirsinizsə, "Gəl Al Noktası" bölməsinde xəritə üzərində ünvanınıza ən yaxın olan filialımızı seçirsiniz.

Bağlamalar bizim xarici anbarımıza çatdırıldıqda sizə bununla bağlı sms bildirişi göndərilir, Smart Customs tətbiqində müvafiq bəyannaməni doldurursunuz. 
Bəyannamə doldurulduqdan sonra ən qısa zamanda bağlamalar seçdiyiniz ünvana çatdırılır.